Menu

Terror aktını törədənlərin kimliyi məlum oldu

23.03.2016, 11:19
Terror aktını törədənlərin kimliyi məlum oldu

Brüsseldə hava limanında baş verən terror aktını törədənlərin kimliyi məlum olub. APA-nın məlumatına görə, bu barədə RTBF telekanalı xəbər yayıb. Terror aktını törədənlərin Belçika vətəndaşları olan Bakraui qardaşları olduğu deyilir.

Xatırladaq ki, Brüsseldə Zaventem hava limanında dünən ard-arda iki güclü partlayış baş verib. Hadisə nəticəsində 11 nəfər ölüb, xeyli insan yaralanıb. Hələlik partlayışın səbəbi məlum olmasa da, terror aktı olduğu barədə şübhələr var.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol