Menu

İranın daha bir yüksək rütbəli hərbçisi öldürülüb

23.03.2016, 17:13
İranın daha bir yüksək rütbəli hərbçisi öldürülüb

İran İslam İnqilabı Keşikçiləri Korpusunun ("Sepah") komandirlərindən podpolkovnik Möhsün Mandeni Suriyada öldürülüb.

"Report"un "Anadolu"ya istinadən verdiyi məlumata görə, İranın ABNA agentliyi hərbçinin suriyalı müxaliflərlə qarşıdurmada öldürüldüyünü yazıb.

M.Mandeni martın 24-də Fars əyalətinə bağlı Sepi rayonunda torpağa veriləcək.

Qeyd edək ki, Suriyada son bir ayda general-mayor Həsən Əli Şəmsabadi və polkovnik Həmzə Kazıminin də aralarında olduğu "Sepah"a məxsus 15 hərbçi öldürülüb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol