Menu

Rostov aeroportunda nə baş verir?

24.03.2016, 14:20
Rostov aeroportunda nə baş verir?

AzPolitika.info Rusiya mənbələinə istinadla xəbər verir ki, Rostov (Don üzərində) şəhərinin aeroportu, ərazidə sahibsiz predmetin qeydə alınması səbəbilə, təxliyyə olunur. Bu barədə xəbəri bölgənin hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadla «TASS» yayıb.

«Rostov aeroportunun personalı və qonaqlar təxliyyə olunub. Onlar sahibsiz predmetin qeydə alınması səbəbilə, ərazidən kənara çıxarılıb» - deyə, mənbə bildirib.

Hüquq-mühafizə orqanları olayla bağlı hələlik rəsmi şəhr vermirlər.

Xəbər verildiyi kimi, martın 19-da, saat 03:42-də Dubay şəhərindən reys etmiş Fli Dubai aviaşirkətinə məxsus «Boinq 737-800» sərnişin təyyarəsi Rostov (Don üzərində) aeroportunda mürəkkəb meteoşərait səbəbilə (yağış və yandan əsən külək) enməyə təkrar cəhd həyata keçirərkən qəzaya uğrayıb. Enmək üçün edilmiş iki cəhd arasındakı zaman kəsiyi 2 saatdan çox olub. Belədə, sual yaranır: Təyyarə nə üçün iki saat ərzində ehtiyat aerodroma eniş etməyib?

Təyyarənin göyərtəsində 62 nəfər olub. Onların hamısı həlak olub.

Maraqlıdır, Rostov aeroportunda nə baş verir?

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol