BMT-nin Haaqa tribunalı Serbiya Respublikasının birinci prezidenti Radovan Karaciçi 11 ittiham maddəsinin 10-u üzrə məsuliyyətli bilib və onu 40 il müddətinə azadlıqdan məhrum edib.
**********
Keçmiş Yuqoslaviya ilə bağlı Beynəlxalq tribunal Bosniya serblərinin keçmiş lideri Radovan Karaciç barəsində hökm çıxarıb.
Məhkəmə Karaciçin üzərindən iki ittihamdan birini götürüb.
Karaciçin hansı müddətə məhkum edildiyi hələ məlum deyil. Prokuror Alan Tiger ittiham nitqində onun ömürlük həbsə məhkum edilməsini istəyib.
Proses altı il yarım davam edib. 11 min sübut və on minlərlə sənəd öyrənilib.
Serbiya prezidenti olduğu müddətdə Karaciç Sarayevonun 12 min sakinini, 1500 uşağı qətlə yetirib, Srebrenitsada 8 min müsəlmanın qətlinə imkan yaradıb.(azadlıq.info)


Şərhlər