Portuqaliya Belçikaya böyük jest edib. ANS PRESS-in məlumatına görə, Brüssəldəki terror aktlarına görə ləğv olunan Belçika - Portuqaliya qarşılaşması ilə bağlı yeni qərar verilib. Belçika futbol federasiyası məlumat yayıb ki, matç Portuqaliyada olacaq.
Əvvəl Brüsseldə terror aktına görə ləğv olunan yoxlama oyun Portuqaliyanın Leyriya şəhərində keçiriləcək. Belçikada nəzərdə tutulan oyunun biletləri isə azarkeşlərə qaytarılıb. Belçika və Portuqaliya komandaları arasındakı oyun əvvəlcədən nəzərdə tutulduğu kimi martın 29-da keçiriləcək.
Martın 22-i Belçikanın paytaxtı Brüsseldə, hava limanında və metroda baş verən partlayışlar nəticəsində 34 nəfər ölüb, 230 nəfər yaralanıb. Brüsseldəki terror aktlarına görə məsuliyyəti İŞİD terror qruplaşması öz üzərinə götürüb. Terrorçular törədilən hücumların detallarını açıqlamayıblar. Eyni zamanda onlar Avropanı yeni terror aktlarını törədəcəkləri ilə bağlı hədələyiblər.


Şərhlər