Menu

Brüssel polisi terror aktları ilə əlaqəli olan iki şəxsi saxlayıb

25.03.2016, 13:31
Brüssel polisi terror aktları ilə əlaqəli olan iki şəxsi saxlayıb

Brüssel polisi "Zaventem" hava limanı və "Maelbek" metrostansiyasında baş verən terror aktları zamanı müşahidə kameralarına düşən 2 şəxsi saxlayıb.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə RTL telekanalı məlumat yayıb. “Polisin apardığı əməliyyat nəticəsində bu axşam 6 nəfər saxlanılıb, onlardan ikisi terror aktları zamanı müşahidə kameralarına düşüb”, - deyə telekanalın məlumatında bildirilir.

Prokurorluq xəbəri təsdiqləyib: “Federal prokurorluq tərəfindən aparılan araşdırma çərçivəsində Brüsselin üç kommunasında - Brüssel kapital (şəhər mərkəzi), Jet (şimal-qərb) və Skarbekdə (şimal-şərq) axtarış elan edilib. 6 nəfər saxlanılıb, onların həbs edilməsi barədə qərar bu gün qəbul ediləcək”.

Hüquq-mühafizə orqanlardakı mənbədən isə bildilirib ki, Brüssel və Parisdə baş vermiş terror aktları ilə bağlı Naim əl Hamed adlı şəxs də beynəlxalq axtarışa verilib. Onun fotosu artıq KİV-ə ötürülüb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol