İtaliyanın Salerno əyalətində polislər Paris və Brüssel terrorunda şübhəli bilinən əlcəzairlini saxlayıblar. ANS PRESS-in ANSA agentliyinə istinadən verdiyi məlumata görə, saxlanılan şəxs 13 noyabr 2015-ci il Parisdə və 22 mart 2016-cı il Brüsseldə terror aktları törədən silahlılar üçün saxta sənəd hazırlamaqda şübhəli bilinir. Adı açıqlanmayan əlcəzairlinin saxlanılmasına dair sərəncamı Belçika höküməti verib.
Daha əvvəl Belçika polisi Brüssel hava limanında terror aktı törədənlərdən üçüncüsü Feysal Şeffunu saxlayıb. Şeffu juranlistika ilə məşqul olub, o "Journal du Musulman" nəşrində işləyib.
Martın 22-də Belçikanın paytaxtında törədilən silsilə terror aktları nəticəsində 30 nəfər həlak olub. İki partlayış Zaventem hava limanında, daha bir partlayış isə paytaxt metrosunun "Maelbek" stansiyasında baş verib. Terrora görə məhsuliyyəti İŞİD qruplaşması öz üzərinə götrüb.
Bir müddət sonra məlum olub ki, hava limanında özlərini partladan əl-Bakraui qardaşları olub.


Şərhlər