Menu

MTN generalının şikayəti təmin edilmədi

28.03.2016, 13:41

mtn-01Bu gün Bakı Apellyasiya Məhkəməsində bir müddət əvvəl ləğv edilən Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin həbsdə olan rəisi, general-mayor Sübahir Qurbanovun apellyasiya şikayətinə baxılıb.

APA-nın məlumatına görə, məhkəmə onun şikayətini təmin etməyib.

Qeyd edək ki, bir müddət əvvəl Səbail rayon Məhkəməsinin qərarı ilə S. Qurbanovun barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb. Apellyasiya şikayəti həmin qərardan verilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol