Menu

Prezident Maqsud İbrahimbəyovun məzarını ziyarət etdi - Foto

28.03.2016, 18:11
Prezident Maqsud İbrahimbəyovun məzarını ziyarət etdi - Foto

Martın 28-də Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva xalq yazıçısı Maqsud İbrahimbəyovun məzarını ziyarət ediblər.

Dövlət başçısı və xanımı Fəxri xiyabanda Prezidentin fərdi təqaüdçüsü, Dövlət mükafatı laureatı, Əməkdar İncəsənət Xadimi, xalq yazıçısı M. İbrahimbəyovun məzarını ziyarət edərək xatirəsinə dərin ehtiramlarını bildiriblər və həyat yoldaşı Anna İbrahimbəyovaya bir daha başsağlığı veriblər.

Anna İbrahimbəyova da həyat yoldaşının xatirəsinə göstərilən ehtirama görə dövlət başçısına və xanımına minnətdarlıq edib.  /AzərTAc

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol