Menu

Qaçırılmış Misir təyyarəsində azərbaycanlılar olmayıb

29.03.2016, 12:20
Qaçırılmış Misir təyyarəsində azərbaycanlılar olmayıb

Qaçırılmış Misir təyyarəsinin göyərtəsində azərbaycanlılar olmayıb. Bunu Trend-ə Azərbaycanın Misirdəki səfirliyindən bildiriblər.

Xatırladaq ki, EgyptAir aviaşirkətinin A-320 sərnişin təyyarəsi naməlum şəxslər tərəfindən səhər saatlarında qaçırılıb.

А-320 təyyarəsini qaçıran şəxs Misir vətəndaşlarına təyyarəni tərk etməyə icazə verib. Təxminən 20 nəfər sərnişin qaçırılan А-320 təyyarəsini tərk edib.

Hazırda təyyarəni qaçıran şəxslə Kipr hökuməti üzvləri danışıqlar aparırlar.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol