AzPolitika.info «Exo Moskvı» radiosuna istinadla xəbər verir ki, bu gün Soçi şəhərində (Rusiya Federasiyası) zəlzələ baş verib.
«İnterfaks»ın məlumatına görə, seysmoloqlar 8 zəif yeraltı təkan qeydə alıblar. Təkanların nəticəsində şəhərin çoxmərtəbəli binalarında çilçıraqlar ləngər vurub, yüngül mebellər isə sürüşməyə məruz qalıb.
Seysmoloqlar bu təkanları dağların böyüməsi nəticəsində torpağın sürüşməsi ilə izah edirlər.
Qeyd edək ki, bu günlərdə Bakı ətrafında da buna oxşar hadisə qeydə alınmışdı. Amma azərbaycanlı mütəxəssislər bunun zəlzələ ilə əlaqəsi olmadığını bildirsələr də, gerçək səbəbi barədə hələlik hər-hansı açıqlama verən olmayıb.
AzPolitika.info


Şərhlər