Menu

Misir təyyarəsini qaçıran təslim oldu!

29.03.2016, 16:58
Misir təyyarəsini qaçıran təslim oldu!

AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Misirin təyyarəsini qaçırmış şəxs təxminən, 1 saat bundan əvvəl Kiprin hakimiyyət orqanlarına təslim olub. Bütün girovlar azad olunub, onların heç biri xəsarət almayıb (Exo Moskvı).

Girovların ardınca «oğru» da təyyarəni tərk edib. O, təyyarədən əlləri yuxarı - başı üzərinə qaldırılmış vəziyyətdə çıxıb. Artıq onun həbs olunduğu bildirilir. «Artıq hər şey bitdi» - deyə, Kiprin xarici işlər nazirliyində vəziyyəti şərh ediblər.

Misirin hakimiyyət dairələri qeyd edirlər ki, indi cinayətkarın davranışının motivlərini müəyyən etmək qarşıda durur.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol