Menu

Binəqədidə həyətləri su basıb - İnsanlar köməksiz vəziyyətdə

29.03.2016, 18:15
Binəqədidə həyətləri su basıb - İnsanlar köməksiz vəziyyətdə

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Binəqədi rayonunda yağan yağış nəticəsində fərdi yaşayış evlərinin həyətyanı sahələrini su basması və vətəndaşların köməksiz vəziyyətdə qalması haqqında məlumat daxil olub.

“Report” FHN-in rəsmi saytına istinadən xəbər verir ki, nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər tərəfindən evlərdə köməksiz vəziyyətdə qalan vətəndaşlara müvafiq köməklik göstərilib. Əməliyyat saat 16:05-də başa çatıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol