Menu

Latviya hökuməti «Sputnik» agentliyini blokladı!

29.03.2016, 21:51
Latviya hökuməti «Sputnik» agentliyini blokladı!

AzPolitika.info «TASS» agentliyinə istinadla xəbər verir ki, Latviya hökuməti Rusiyanın «Sputnik» agentliyinin fəaliyyətini bloklayıb. Agentliyin baş redaktoru Marqarita Simonyan isə iddia edir ki, latış dilli «Sputnik» Latviya Respublikasının və Avropa İttifaqının qüvvədə olan qanunvericiliyinin heç bir müddəasını pozmayıb.

Xəbərdə deyilir ki, «Sputnik Latviya» agentliyi .lv. domen zonasındakı resursunun qapanması barədə rəsmi bildiriş alıb. Məlumatı «Sputnik» agentliyinin mətbuat xidməti yayıb.

«Latviya daxili işlər nazirliyinin sorğusuna istinad edən domen qeydiyyatçısının rəsmi məktubuna əsasən, «sputniknews.lv domen adının qeydiyyatı Avropa İttifaqının Ukraynanın bütövlüyü, suverenliyi və müstəqilliyinə təhlükə ilə bağlı qərarının şərtlərinin pozulması deməkdir» - deyə, mətbuat xidmətinin məlumatında qeyd edilir. Məktubda həm də deyilir ki, sözügedən qərarın normalarının pozulması Latviya Respublikası Cinayət Məcəlləsinə uyğun olaraq, cinayət məsuliyyətinə cəlb olunmaq üçün əsas götürülə bilər».

Məlumat üçün bildirək ki, «Sputnik» (sputniknews.com) - 10-larla ölkədə fəaliyyət göstərən xəbər agentliyi və radiodur. Agentlik özündə 30-dan çox dildə fəaliyyət göstərən saytı, analoq və rəqəmsal radioverilişlərini, mobil əlavələri və sosial şəbəkədəki səhifələri birləşdirir. Sputnikin xəbər lentləri gün ərzində ingilis, ərəb, ispan və çin dilində buraxılır.

Göründüyü kimi, bu agentlik gün ərzində fasiləsiz olaraq, dünyada müxtəlif dillərdə Rusiyanın siyasətini təbliğ edir, bu ölkənin separatçı və işğalçı fəaliyyətini ört-basdır etmklə məşğul olur. Məhz bu səbəbdən dolayı da Latviya hökuməti öz media məkanında «Sputnik»in yayımına qadağa qoyub.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol