Menu

Rusiya müdafiə nazirliyi 5 meymun alacaq!

29.03.2016, 21:58
Rusiya müdafiə nazirliyi 5 meymun alacaq!

Rusiya KİV-nin yaydığı məlumata görə, Rusiya müdafiə nazirliyinin elmi-tədqiqat institutlarından biri 1,5 milyon rubla 5 makak cinsli meymun almağı planlaşdırır. Bu məlumat Dövlət sifarişləri üzrə saytda yerləşdirilmiş sənədlərdə öz əksini tapır (TASS).

Sifarişçi nazirliyin Kirov şəhərində yerləşən 48-ci mərkəzi elmi-tədqiqat institutudur.

«Kliniki sağlam, 2010-2011-ci il təvəllüdlü, erkək. Veterinar şəhadətnaməsi ilə» - deyə, sənədlərdə makaklara yönəlik tələblər sıralanır.

Bildirilir ki, institut bir baş makak üçün 300 min rubl ödəməyə hazırdır. Müsabiqədə iştirak etmək üçün sifarişlər aprelin 8-ə qədər qəbul olunur. Auksionun özü isə aprelin 15-də keçiriləcək.

Bundan başqa, martın əvvəlində məlum olub ki, Rusiya müdafiə nazirliyi 1,75 milyon rubla 5 delfin (afalin) də almağı planlaşdırır. Onlardan ikisi dişi, üçü isə erkək olacaq. Delfinlərin yaş həddi 3-5 il intervalında olacaq.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol