Menu

İsrail yeni işğalı təsdiqlədi

30.03.2016, 23:28
İsrail yeni işğalı təsdiqlədi

İsrailin tikinti komitəsi şərqi Qüdsdə yeni yəhudi yaşayış məntəqəsinin tikintisinə razılıq verib.

Axar.az xəbər verir ki, Şərqi Qüdsün cənubunda yerləşən Cəbəl əl-Makber məhəlləsində daha 18 yəhudi yaşayış məntəqəsi inşa ediləcək.

Fələstinin statistika qurumu açıqlamasında İsrail rəhbərliyinin ötən il ərzində 12600-dən çox yaşayış məntəqəsinin tikintisinə icazə verdiyini bildirib. Fələstinlilərə məxsus 152 yaşayış binası və yüzlərlə ev isə uçurulub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol