Menu

Ukrayna nüvə yanacağını Avstraliyadan alacaq

31.03.2016, 19:26
Ukrayna nüvə yanacağını Avstraliyadan alacaq

Xarici KİV-in yaydığı məlumata görə, Kiyev uran yanacağını Avstraliyadan almaq barədə niyyətini təsdiqləyib (TASS).

Ukraynanın energtika və kömür sənayesi nazirliyi ölkənin atom energetikası üçün uran yanacağının Avstraliyadan alınması barədə hökumətlərarası sazişi imzalamağa hazır olduğunu bildirib. Bundan əvvəl həmin planlar barədə Avstraliya xarici işlər nazirliyi xəbər vermişdi.

«Energetika və kömür sənayesi naziri Vladimir Demçişin martın 3 - aprelin 2-də Vaşinqtonda keçiriləcək nüvə təhlükəsizliyi sammitində iştirak edəcək. Səfər çərçivəsində Avstraliya hökuməti ilə nüvə enerjisinin dinc məqsədlərə istifadəsi, o cümlədən Avstraliyadan uran yanacağının alınması barədə sazişin imzalanması planlaşdırılıb» - deyə, Ukrayna nazirliyi xəbər verir.

İndiki vəziyyətə, Rusiya Ukrayna atom elektrik stansiyaları üçün əsas nüvə yanacağı tədarükçüsü sayılır. 2015-ci ildə Ukrayna özünün stansiyaları üçün 644 milyon dollarlıq nüvə yanacağı alıb ki, bunun da 611 milyon dolları Rusiyanın payına düşür.

Bununla yanaşı, hələ 2000-ci ildə Ukrayna ABŞ-ın «Westinghouse» şirkəti ilə əməkdaşlığı inkişaf etdirməyə və özünün atom stansiyalarında Amerikanın nüvə yanacağından istifadə edilməsinə başlayıb.

2014-cü ildə Ukrayna nüvə yanacağı təminatı ilə bağlı diversifikasiya məsələsinə qayıdıb və «Westinghouse» şirkəti ilə kontraktı 2020-ci ilə qədər uzadıb.

Bu ilə Ukraynanın energetika və kömür sənayesi nazirliyi ölkənin atom elektrik stansiyları üçün nüvə yanacağının alınması məsələsində Rusiyadan asılılığı 60 faizə qədər endirməyi qarşıya məqsəd qoyub.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol