Menu

Ərdoğandan Rusiya açıqlaması: "Yeniləməliyik"

31.03.2016, 23:09
Ərdoğandan Rusiya açıqlaması: "Yeniləməliyik"

Rusiya və Türkiyə regional problemlərin həlli məqsədi ilə əməkdaşlığı yeniləməlidir. Axar.az RİA-ya istinadən xəbər verir ki, bu açıqlama ilə Türkiyə Prezidenti Rəcəb Tayip Ərdoğan çıxış edib.

"Təəssüf ki, 24 noyabrdan sonra Rusiya ilə münasibətlərdə ağır dövr yaşadıq və bundan narahat oluruq. SSRİ-nin dağılmasından sonra onlar uğurla inkişaf edirdilər, ancaq sonradan yaşanan SU-24 qalmaqalını Rusiya rəhbərliyi başqa səmtə çəkməyə çalışdı. Moskvanın kəskin reaksiyasına baxmayaraq, regional problemlərin həlli üçün biz əməkdaşlığımızı yeniləmələyik, çünki Rusiya və Türkiyə bizim coğrafiyamızda əhəmiyyətli ölkələrdir", - Ərdoğan qeyd edib.

Ərdoğan Ukrayna böhranı ilə bağlı açıqlamasında məsələnin Minsk razılaşması çərçivəsində həll edilməsinin lazım olduğunu bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol