Vaşinqtonda IV Nüvə Təhlükəsizliyi Sammitinin plenar sessiyası öz işinə başlayıb.
"Report" xəbər verir ki, iclasda iştirakçılar nüvə təhlükəsizliyinin gücləndirilməsi üçün milli tədbirləri, eləcə də bu mövzuda beynəlxalq fəaliyyəti müzakirə edəcəklər.
IV Nüvə Təhlükəsizliyi Sammiti ABŞ prezidenti Barak Obamanın mətbuat konfransı ilə sona çatacaq.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev beynəlxalq tədbirdə iştirak edir.
Xatırladaq ki, daha öncə Nüvə Təhlükəsizliyi Sammiti Vaşinqton (2010), Seul (2012) və Haaqada (2014) keçirilib.


Şərhlər