Menu

Ərdoğan İlham Əliyevə başsağlığı verdi

02.04.2016, 19:13

Recep_Tayyip_Erdogan_150412_albom_3Türkiyə lideri Azərbaycan prezidentinə zəng vurub.Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan azərbaycanlı həmkarı İlham Əliyevə telefonla zəng edib.

Türkiyə prezidenti Azərbaycanla Ermənistan qoşunlarının təmas xəttində baş verən silahlı toqquşma zamanı Azərbaycan Ordusunun hərbi qulluqçularının şəhid olması ilə bağlı İlham Əliyevə başsağlığı verib.

Türkiyə prezidenti bu gün cəbhədə həyatını itirən Azərbaycan Ordusunun hərbçilərinə özünün və Türkiyə xalqının adından Allahdan rəhmət, yaralılara isə şəfa diləyib. (oxu.az)

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol