Menu

Füzuli istiqamətində ağır döyüşlər qeydə alınıb

03.04.2016, 01:03
Füzuli istiqamətində ağır döyüşlər qeydə alınıb

Azərbaycan Müdafiə Nazirliyinin məlumatında deyildiyi kimi, aprelin 2-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin bütün təmas xətti boyunca artilleriyanın və iri çaplı silahların tətbiqi ilə ağır hərbi toqquşmalar qeydə alınıb.

Virtualaz.org-un bölgə müxbirinin xəbərinə əsasən, Füzuli istiqamətində də ağır döyüşlər gedib. Rayonun Əhmədalılar kəndi erməni bölmələrinin intensiv atəşinə məruz qalıb. Buna cavab olaraq, Azərbaycan ordusunun bölmələri əks-hücuma keçiblər.

Ermənistan və Azərbaycan silahlı qüvvələri arasında döyüş baş verib. Nəticədə, erməni tərəfi geri çəkilməyə məcbur edilib.

Virtualaz.org-un müxbirinə müsahibələrində Əhmədalılar kəndinin sakinləri bildiriblər ki, kənddə dinc əhali arasında ölən və yaralananlar var. Rayonda döyüşlər təxminən 1 sutka davam edib — aprelin 1-i gecə başlayan əməliyyatlar aprelin 2-si axşam yekunlaşıb. İlkin məlumatlara görə, düşmən bu istiqamətdə çoxsaylı itkilər verib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol