Menu

Türkmənistan prezidentindən Azərbaycana böyük jest - "Dəstəyə hazırıq"

03.04.2016, 01:13
Türkmənistan prezidentindən Azərbaycana böyük jest - "Dəstəyə hazırıq"

Suriya türkmənləri də Qarabağda döyüşməyə hazır olduqların bəyan etdilər

Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov Azərbaycana dəstək verməyə hazır olduğunu bildirib.Musavat. com xarici mətbuata istinadən bildirir ki, Türkmənistan prezidenti dövlət televiziyasına açıqlamasında “Azərbaycan istərsə, dəstəyə hazırıq” deyib.

Suriya türkmənləri də Azərbaycanın çətin anında yanında olduğunu nümayiş ediblər. Musavat.com bildirir ki, sosial şəbəkələrdə türk soydaşlarımız tərəfindən
"Can vətən Azərbaycan hər zaman türkmənlərin fikrində". Bu sözləri isə Suriya Türkmən Doktorlar Birliyinin rəhbəri Muxtar Mustafa Paşa musavat.com-a açıqlamasında bildirib:

"Bizlər Suriya türkmənləri türk milləti olaraq canımız fəda olsun Qarabağa. Suriya türkmənləri Suriyada hazırda çətin durumda olmasına baxmayaraq can vətən Azərbaycan istərsə bizlər gəlib qanımızın son damlasınadək Qarabağda döyüşərik. Türkmən dağındakı bütün mücahidlər gəlib sizə qatılar, yetər ki, bu erməni faşistləri yenilsin. Bizlər hər zaman yanınızdayıq.

Kimi candan keçdi, kimi varından, 

Azadlık beklemek hakkın yarından, 

Azadlık güneşi ufuklarından, 

Doğacak... Doğacak Azerbeycanım"

 

 

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol