Menu

Ağdamda ermənilər yaşayış evini dağıtdılar - FOTOLAR

03.04.2016, 17:14
Ağdamda ermənilər yaşayış evini dağıtdılar - FOTOLAR

Aprelin 2-nə keçən gecə qoşunların təmas xəttində başlayan döyüşlərdə ermənilər cəbhə bölgəsində olan evləri də atəşə tutub. Hər zaman mülki şəxsləri hədəf almaqdan çəkinməyən ermənilər bu dəfə də cəbhə bölgəsində olan rayonlarda sakinləri, evləri də atəşə tutublar. Qoşunların təmas xəttinə yaxın olan kəndlərdə xeyli evə ziyan dəyib.Musavat.com-un məlumatına görə, Ağdamın Əfətli kəndində də yaşayış evlərinə ermənilərin açdığı atəş nəticəsində ciddi ziyan dəyib. Bəzi evlər tamamilə yararsız vəziyyətə düşüb

Düşmənin yaşayış evlərini də hədəf seçməsindən sonra bəzi evlər boşaldılıb. Ağdamın Əfətli kəndində Rafiq Quliyevə məxsus ev də tamamilə dağılanlar arasındadır. Xoşbəxtlikdən evin sakinləri gülləbarandan təxminən 1 saat əvvəl oranı tərk etdiklərindən xəsarət alan olmayıb.

Kənd sakinlərinin verdiyi məlumata görə, ermənilər mülki şəxsləri hədəf seçməkdən çəkinmirlər.

Rəsmi məlumata görə, cəbhəyanı zonaya yaxın mülki əhalinin yığcam yaşadığı bir sıra məntəqələr, məcburi köçkün qəsəbələri də düşmənin atəşinə məruz qalıb. Artilleriya atəşləri nəticəsində 3 sakin həlak olub, biri 13 yaşlı uşaq olmaqla, 5 nəfər yaralanıb. Müxtəlif yaşayış məntəqələrində 10-dan çox ev dağıdılıb, əhalinin şəxsi təsərrüfatına və əmlakına xeyli ziyan dəyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol