Qondarma rejimin "müdafiə nazirliyinin" mətbuat katibi Senor Asratyan erməni tərəfinin itkiləri barədə məlumat verib. O etiraf edib ki, erməni tərəfi öz mövqelərindən geri çəkilmək məcburiyyətində qalıb.
Tert.am saytının məlumatına görə, Asratyan aprelin 4-də hərbi əməliyyatlar nəticəsində 20 erməni döyüşçüsünün öldürüldüyünü, 26 nəfərin itkin düşdüyünü bildirib. 72 əsgər isə yaralanaraq sıradan çıxıb.
S.Asratyan 8 yüksəkliyi itirdiklərini də etiraf edib — bunlardan 3-ü şimal, 5-i cənub istiqamətindədir.
AzPolitika


Şərhlər