Menu

Azərbaycan Ordusu son 2 gündə 16 şəhid verib - MN

05.04.2016, 10:17
Azərbaycan Ordusu son 2 gündə 16 şəhid verib - MN

Bütün cəbhə boyu son iki gün ərzində düşmənlə döyüşlərdə igidlik və rəşadətlə vuruşan Silahlı Qüvvələrimizin hərbi qulluqçularından 16 nəfəri şəhid olub. Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatında bu barədə bildirilir.

Qarşı tərəf isə dünən 70-dən artıq canlı qüvvəsini itirib.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhid olan hərbi qulluqçuların yaxınlarına və ailələrinə dərin hüznlə başsağlığı verib, səbr diləyib.

 

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol