Vyanda ATƏT Daimi Şurasının xüsusi iclası başlayıb.
APA-nın məlumatına görə, Dağlıq Qarabağda vəziyyətin pisləşməsinə həsr olunan iclasda ATƏT-in Minsk Qrupunun həmsədri Ceyms Uorlikin hesabatı dinləniləcək. Toplantıda ATƏT-in fəaliyyətdə olan sədrinin Dağlıq Qarabağ üzrə xüsusi nümayəndəsi Anjey Kaspşik də iştirak edir.
Xatırladaq ki, bu gün Vyanada ATƏT-in Minsk Qrupunun geniş formatda yığıncağı keçirilib. Həmsədrlərdən İqor Popov və Pyer Andryunun Daimi Şuranın iclasını gözləmədən regiona yollandığı, Ceyms Uorlikin isə daha sonra onlara qatılacağı bildirilir.
* * *
"Biz, ATƏT-in Minsk qrupu ölkələri, o cümlədən ATƏT-ə 2017-ci ildə sədrlik edəcək Avstriya və 2015-ci ildə sədrlik etmiş Serbiya təmas xəttində görünməmiş zorakılığın artmasını qətiyyətlə pisləyirik".
APA-nın məlumatına görə, bu barədə ATƏT-in Minsk qrupu ölkələrinin birgə bəyanatında deyilir.
Bəyanatda toqquşmalardan əziyyət çəkmiş ailələrə başsağlığı verilir: “Biz tərəfləri gücdən istifadəni dərhal dayandırmağa çağırırıq. Münaqişənin hərbi yolla həlli yoxdur.
Vəziyyətin pisləşməsi ATƏT-in Minsk qrupu həmsədrlərinin himayəsi altında hərtərəfli sülh sazişi üzrə təcili danışıqlara ehtiyacın olduğunu göstərir. Minsk qrupuna üzv ölkələrin nümayəndələri Rusiya, ABŞ və Fransa həmsədrlərinin vasitəçilik səylərinə dəstəklərini ifadə edir, tərəflərlə mümkün qədər tez bir zamanda birbaşa məsləhətləşmələrin aparılması ilə bağlı planlarını alqışlayırlar”.
Xatırladaq ki, bu gün Vyanada ATƏT-in Minsk qrupu ölkələrinin geniş formatda görüşü baş tutub.
* * *
Avstriyanın paytaxtı Vyanada ATƏT-in Minsk qrupunun iclası keçirilir. "Report" xəbər verir ki, bu haqda "RİA Novosti" məlumat yayıb.
İclasa ATƏT-in Minsk qrupunun ABŞ, Fransa və Rusiyadan olan həmsədrləri də qatılıblar.
Bir saatdan sonra ATƏT-in Daimi Şurasının xüsusi toplantısı keçiriləcək. Hər iki yığıncaq Azərbaycanın işğal atlında olan Dağlıq Qarabağ bölgəsindəki vəziyyətə həsr olunub.


Şərhlər