Menu

Litva NATO-nun çevik qüvvələrində iştirakını artırır

06.04.2016, 11:55

54d33f2e9efd1_1326860160_nato1Xarici KİV-in yaydığı xəbərə görə, Litva Şimali Atlantika alyansının çevik qüvvələrində iştirakını iki dəfədən də çox artırmaq fikrindədir. Uyğun qərar çərşənbə axşamı ölkənin müdafiə və xarici işlər nazirləri Yuzas Olekas və Linas Linkyaviçyus tərəfindən parlament müzakirəsinə çıxarılıb.

NATO-nun çevik qüvvələri tərkibində operativ növbətçilikdə iştirak üçün Vilnüs 2017-ci ildə 500 nəfərdən artıq hərbi qulluqçu ezam etməyi zəruri sayır. Hal-hazırda operativ növbətçilikdə Litvadan 200 hərbçi - motopiyada rota və ona əlavə olunmuş məqsədli qrup iştirak edir.

Plana uyğun olaraq, 2017-ci ildə Litva tərəfindən NATO-nun çevik qüvvələrində iştirak üçün ezam olunacaq kontingentin əsasını hərbi-dəniz və quru qüvvələri, operativ təyinatlı qüvvələr, hərbi polis və logistiklər təşkil edəcək.

Litva alyansın sözügedən xüsusi güclərinin operativ növbətçilik fəaliyyətində 2005-ci ildən iştirak edir.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol