Menu

"Azərbaycanın mövqeyi tam ədalətlidir" - Liberman

06.04.2016, 13:21

trend_avigdor_liberman_albomAzərbaycan ümumi qəbul edilmiş normalar çərçivəsində özünü olduqca məsuliyyətli aparır və buna görə də xəritəyə baxan, regionun tarixini bilən hər kəs Azərbaycanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində mövqeyinin nə qədər tam haqlı olduğunu, tarixin, coğrafiyanın və demoqrafiyanın müvafiq faktlarına uyğun olduğunu başa düşür.

Bunu Trend-ə İsrailin keçmiş baş naziri, “Evimiz İsrail” partiyasının lideri Aviqdor Liberman deyib.

A.Liberman bildirib:

“Çox ümid edirəm ki, ilk növbədə beynəlxalq ictimaiyyət, indiki halda ATƏT-in Minsk Qrupunun bütün iştirakçıları obyektiv olacaqlar və hansısa dar, birtərəfli və siyasi mənfəətlərdən deyil, faktlardan çıxış edəcəklər”.

Keçmiş baş nazir əlavə edib:

“Biz şübhəsiz ki, Azərbaycan xalqını dəstəkləyirik. Azərbaycan rəhbərliyi özünü təmkinli aparır, amma təəssüf ki, digərləri özünü belə aparmır”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol