Menu

“28 Mall” ticarət mərkəzində həyəcan yaradan şəxs saxlanılıb

06.04.2016, 18:15

polis-turk_020715Paytaxtın hüquq-mühafizə orqanlarının həyata keçirdiyi təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində Nizami rayonu ərazisində qeyri-aşkar şəraitdə törədilmiş cinayətin üstü açılıb. Bu barədə Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğunun birgə məlumatında bildirilir. 

Belə ki, aprelin 4-də saat 18:19-da naməlum şəxsin Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən taksofondan Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng vuraraq Faiq adlı tanışının Nəsimi rayonunda fəaliyyət göstərən “28 Mall” ticarət mərkəzinin “Bazarstore” mağazasına bomba qoyması barədə yalan məlumat verməsi faktına görə rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 216-cı ( terrorçuluq barədə bilə-bilə yalan məlumat vermə) maddəsi ilə cinayət işi başlanmışdır.

Həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin 1983-cü il təvəllüdlü Rəvan Fətəliyev tərəfindən törədilməsində əsaslı şübhələr yarandığından o, tutularaq istintaqa cəlb olunmuşdur.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol