Menu

Dağlıq Qarabağ münaqişəsi İstanbulda müzakirə olunacaq

07.04.2016, 10:23
Dağlıq Qarabağ münaqişəsi İstanbulda müzakirə olunacaq

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) 13-cü sammiti aprelin 10-15-də İstanbulda keçiriləcək.

"Report" təşkilatın saytına istinadən xəbər verir ki, sammitin gedişində "Ədalət və sülh üçün birlik və həmrəylik" mövzusunda Fələstin məsələsi, Suriya, Yəmən, Liviya, Əfqanıstan, Somali, Mali, Cammu və Kəşmir, Bosniya-Herseqovinadakı vəziyyət, eləcə də Ermənistanın Azərbaycana qarşı təcavüzü kontekstində Dağlıq Qarabağ münaqişəsi müzakirə olunacaq.

Sammitin yekununda İstanbul bəyannaməsinin imzalanacağı, eləcə də strukturun beynəlxalq arenada siyasi prioritetlərini müəyyən edəcək bir sıra qətnamələrin qəbul ediləcəyi gözlənilir.

İƏT üzvü olan dövlətlərin birinci xanımları sammit çərçivəsində "İƏT-ə üzv dövlətlərdə xərçəng xəstəliyinə qarşı mübarizədə birinci xanımların liderliyi" mövzusunda xüsusi iclas keçirəcək.

Sammitin ardından İƏT ölkələrin xarici işlər nazirlərinin və yüksək vəzifəli şəxslərin görüşü keçiriləcək və onlar yekun kommünikeni və İstanbul bəyannaməsini hazırlayacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol