Anketlərə görə Türkiyənin hakimiyyət partiyası bələdiyyə seçkilərində 49 faiz səs alacaq
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğana seçki ilə bağlı şok anket təqdim olunub. Azadlıq.info Türkiyənin “Yeni Şəfəq” qəzetinə istinadən məlumat verir ki, fevralın əvvəlindəki sorğularda 44 faiz səs alacağı ehtimal edilən AKP-nin indi 49 faizlik nəticə əldə edəcəyi gözlənilir. Anket-sorğu tədqiqatlarına görə bu ilk dəfə baş verən bir hadisədir çünki eyni zamanda parlament seçkiləri barədə anketlərdə də AKP-nin səs faizi 49 dur.
Son aylar davam etməkdə olan siyasi çalxanmadan AKP-nin zədə aldığını deyən və buna göərdə də seçkilərdə səs faizinin düşəcəyini proqnozlaşdıran ekspertlər üçün ilk real cavab hələ ki bu anket sorğusu oldu. Türkiədə isə seçkilərə hələ yarım ay var və ölkədə hər gün bir “bomba partlayır”.


Şərhlər