Menu

Medvedev İrəvanda: "Məsələ çox ciddidir"

07.04.2016, 19:56
Medvedev İrəvanda: "Məsələ çox ciddidir"

Rusiya Dağlıq Qarabağda sülhün və tərəflər arasında əlaqə imkanının saxlanılması üçün səylərini əsirgəməyək.

Oxu.az-ın RİA Novosti-yə istinadən məlumatına görə, bu barədə Rusiyanın Baş naziri Dmitri Medvedev Ermənistanda ölkənin baş naziri Ovik Abramyanla görüşdə deyib.

“Dağlıq Qarabağda 1994-cü ildən bəri belə ciddi insident olmamışdır. Bu səbəbdən, biz Rusiyanında iştirakı ilə əldə olunan sülh razılaşmalarını əsas götürərək, münaqişənin mümkün həllini axtarmaq məcburiyyətindəyik”, -Medvedev deyiib.

O əlavə edib ki, məsələ çox ciddidir.

“Əsas sülhün və tərəflər arasında əlaqə imkanının saxlanılmasıdır. Rusiya bunun üçün əlindən gələni edəcək”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol