Latviyanın paytaxtı Riqada azərbaycanlı tələbələr orduya dəstək məqsədi ilə aksiya keçiriblər.Məlumatına görə, dəstək aksiyasında Gürcüstandan olan tələbələr də həmvətənlilərimizə qoşulublar.
Musavat.com-a danışan tələbələrdən biri Azərbaycanın Riqadakı səfirliyinin bəzi tələbələri dəstək aksiyasından yayındırdığını deyib: “Piketi Riqada “Azadlıq” heykəlinin önündə keçirdik. Lakin iki gün öncə aksiya keçirəcəyimiz günə kimi səfirlik əməkdaşları bizə qoşulmaq istəyən tələbələrə bir-bir zəng edərək, aksiyaya qoşulduqları halda deportasiya olunacaqlarını və onlara böyük problemlər yaranacağını deyiblər. Gənclərimizin çoxu qorxaraq, bizimlə birgə gəlmədilər, sayımız azaldı. Məqsədlərini anlamadıq, lakin bizə zəng edib, hədə-qorxu gəldilər”.



Şərhlər