Menu

Latviya «Rossiya RTR» telekanalının yayımını blokladı!

08.04.2016, 16:35

Rusiya KİV-nin yaydığı məlumata görə, Latviya hökuməti Rusiyanın «RTR» telekanalının yayımını 6 ay müddətinə dayandırıb (Exo Moskvı).

Elektron KİV-r üzrə Milli şuradan (Latviya) venilən xəbərə görə, buna səbəb telekanalın öz fəaliyyəti ilə iki ölkənin xalqları arasında düşmənçiliyi qızışdırması olub.

Qərar mətbuatda dərc olunduqdan sonra qüvvəyə minəcək.

Bundan əvvəl, martın 29-da Rusiya KİV-ləri xəbər yaymışdılar ki, Latviya hökuməti ölkə ərazisində Rusiyanın «Sputnik» agentliyinin fəaliyyətini dayandırıb və onunla müqaviləni ləğv edib.

Qeyd edək ki, Qarabağ bölgəsində baş vermiş son olaylar zamanı Rusiya KİV-i bu cür dəsti-xəttini davam etdirdi və birmənalı şəkildə Ermənistanın mövqeyinin təbliğinə baş vurdu. Açıq-aydın görsənir ki, Rusiya KİV-nin belə davranışı dövlətin «informasiya siyasətin»dən qaynaqlanır.

Gözləyək, görək, Rusiya KİV-nin «qərəzli fəaliyyəti»nə Azərbaycan hökumətinin reaksiyası nədən ibarət olacaq...

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol