Rusiya KİV-nin yaydığı xəbərə görə, ölkə əhalisinin 80 faizi maaşdan-maaşa pul çatdıra bilmir. İctimai rəy Fondunun apardığı sorğunun nəticələri bu qənaəti ortaya qoyur (Exo Moskvı).
Sorğunun nəticələrinə görə, rəyi soruşulanların 19,0 faizi maaşdan-maaşa pul problemi yaşamır, 39,0 faizi bu problemlə nadir hallarda, 41,0 faizi isə mütəmadi olaraq qarşılaşır.
Sorğunun nəticələrinə görə, rusiyalıların böyük əksəriyyəti - 75,0 faizi bu fikirdədir ki, aldığı əmək haqqı onun ehtiyaclarını ödəmir.
AzPolitika.info

Şərhlər