Menu

Türkiyədə hərbçilərə hücum: 4 yaralı

09.04.2016, 08:51

Turkey_flag_160709Türkiyənin Mardin əyalətində PKK terror qruplaşmasına qarşı keçirilən xüsusi əməliyyat zamanı 4 hərbçi yaralanıb.

APA-nın “Milliyet”-ə istinadən verdiyi xəbərə görə, əyalətin Nusaybinə rayonunda hərbçilərin zirehli texnikası minaatanlardan atəşə tutulub.

Yaralıların xəstəxanaya yerləşdirildiyi, onların həyatına təhlükə olmadığı bildirilir.

Xatırladaq ki, ötən gün Mardin əyalətində keçirilən əməliyyat zamanı 5 hərbçi həlak olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol