Ukraynanın baş naziri Arseni Yatsenyuk istefa verdiyini bəyan edib. Musavat.com xəbər verir ki, məlumatı “Ukrainskaya pravda” yayıb.
“Mən Ukraynanın baş naziri səlahiyyətlərindən imtina etmək qərarına gəldim. Qərar aprelin 12-də Ali Radaya təqdim ediləcək”, - baş nazir bildirib.
Arseni Yatsenyuk onu da əlavə edib ki, özünün vəzifələrini baş nazir səlahiyyətlərindən daha böyük görür.

Şərhlər