Səudiyyə Ərəbistanında futbol matçı qapıçının saç düzümünə görə dayandırılıb. ANS PRESS-in ərəb kütləvi informasiya vasitələrinə istinadən verdiyi məlumata görə, buna səbəb qapıçının saç düzümünün islam ənənələrinə zidd olması olub. Qapıçının saç düzümü hətta rəqib komandanın futbolçusunu da narahat edib. Narahat olan hücumçu isə qolkiperin saç düzümü təhqir edib və daha sonra isə görüşün hakiminə oyunu dayandırması barədə müraciət edib. Hakim də öz növbəsində qapıçının komandasına oyunun davam edə bilməsi üçün iki variant təklif edib. Bunlardan biri qapıçını əvəz etmək, digəri isə onun saç düzümünü sahmana salmaq. Komandanın baş məşqçisi isə ikinci variantı seçərək qapıçının saç düzümünü sahmana salıb.
Həmin komandaların adları açıqlanmır. "Komandanın baş məşqçisi oyunun ortasında qapıçının saç düzümünü sahmana salıb".
Bildirilir ki, Səudiyyə Ərəbistanı Milli Olimpiya Komitəsi və Futbol Federasiyası tərəfindən “oyunçuların saç düzümləri haqqında yeni tələblər” irəli sürülüb. Həmin tələblərə əsasən islam dininə və krallığın ənənələrinə zidd olan əcaib saç düzümlərinə malik olan oyunçular və idmançılar nəzarətdə saxlanılır.
Ümumiyyətlə dünyanın bir sıra futbolçuları kifayət qədər pul qazanmaqla yanaşı, həm də qeyri-adi zövqə malik olurlar. Həmin futbolçuların bəziləri öz pullarını xüsusilə saç düzümlərinə xərcləyirlər. Lakin geyimlərinə, saç düzümlərinə bu qədər xərc qoysalar da, onlar çox zaman özlərinin gözəl və yaraşıqlı görünüşləri ilə deyil, qeyri-adi, hətta bəzən gülünc görünmələri ilə diqqət mərkəzində olurlar.
ANS PRESS 13 ən qəribə saç düzümü olan futbolçunu təqdim edir:


Şərhlər