Menu

Gömrük rüsumları poçtla ödəniləcək – YENİLİK

11.04.2016, 10:43
Gömrük rüsumları poçtla ödəniləcək – YENİLİK

Azərbaycanda gömrük borcu üzrə ödənişlərin poçtla ödənilməsi gözlənilir. Fins.az-ın məlumatına görə, bu barədə Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev Nazirlər Kabinetinin iclasındakı çıxışında bildirib. Onun sözlərinə görə, Gömrük Məcəlləsinin 244.2-ci maddəsinə uyğun olaraq, gömrük borcu üzrə ödənişlərin həyata keçirilməsi məqsədilə gömrük sərhəd-buraxılış məntəqələrində poçt şöbələrinin yaradılması ilə əlaqədar işçi qrupu yaradılıb: «Qısa zamanda gömrük sərhəd buraxılış məntəqələrində poçt şöbələrinin fəaliyyəti üçün əlverişli şərait yaradılacaq».

78

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol