Menu

Özgəcanın qatili həbsxanada öldürüldü

11.04.2016, 18:44
Özgəcanın qatili həbsxanada öldürüldü

Ölümü ilə bütün Türkiyəni ayağa qaldıran tələbə Özgecan Aslanın qatili Ahmet Suphi Altındöken və atası Necmettin Altındöken saxlanıldıqladı həbsxanada silahlı hücuma məruz qalıb.

Lent.az-ın Hüriyyət-ə istinadən məlumatına görə, yaralanan ata ilə oğul təcili yardım vasitəsilə xəstəxanaya aparılıb. olmayıb. Ahmet sinəsindən bir, atası isə qarın boşluğu və bud nahiyəsindən silahla vurulub. Oğul Altındökənin həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, hər iki şəxs ağırlaşdırılmış ömürlük həbs cəzasına məhkum edilmişdi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol