Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində insan alverində təqsirləndirilən 1968-ci il təvəllüdlü Fəridə Əsədullayevanın cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Lent.az-ın məlumatına görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin müdafiəçisi Fəridə Əsədullayeva barəsində seçilmiş həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə dəyişdirilməsi ilə bağlı vəsatət qaldırıb. Vəsatət təmin edilməyib.
Dövlət ittihamçısı ittiham aktını elan edib. Təqsirləndirilən şəxs ifadə verib.
Məhkəmə prosesi aprelin 19-da davam etdiriləcək.
Qeyd edək ki, F.Əsədullayeva iki nəfər qadını Türkiyəyə apararaq cinsi istismara məruz qoymaqda təqsirləndirilir. O, ötən il Türkiyədən deportasiya edilib. Ona qarşı Cinayət Məcəlləsinin 144-cü (insan alveri) maddsəi ilə ittiham irəli sürülüb.


Şərhlər