Menu

Azərbaycan bankları ilə bağlı bədbin proqnoz

13.04.2016, 10:01
Azərbaycan bankları ilə bağlı bədbin proqnoz

"Fitch" beynəlxalq reytinq agentliyi post-devalvasiya dövründə Azərbycan bank sektorunu dəyərləndirib. "Report"un "Fitch" agentliyinə istinadən verdiyi xəbərə görə, dünya bazarında neftin qiymətinin kəskin azalması nəticəsində baş verən manatın devalvasiyası Azərbaycan banklarına mənfi təsir edib və onların problemli kreditlərdən yaranan zərəri təmin etməsində çətinlik yaranıb. Agentlik bildirib ki, problemli kreditlərin həcminin daha da artacağı ehtimal edilir.

"Fitch"in ekspertləri hesab edirlər ki, bank sektoru üzrə problemli kreditlərin (90 günü keçən) məcmu kreditlərdə xüsusi çəkisi 2015-ci ilin yekununda 9,5%-ə yüksəlib. Qeyd olunur ki, 2014-ci ilin sonunda bu göstərici 8,3% olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol