Menu

Hərracda dolların yarısından çoxu alınmadı

13.04.2016, 13:02
Hərracda dolların yarısından çoxu alınmadı

Bu gün Azərbaycan Respublikasının Mərkəzi Bankının müntəzəm hərracları vasitəsilə hərrac təşkil edilmişdir.

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən 50 milyon ABŞ dolları məbləğində vəsait hərraca çıxarılmış, bu vəsaitdən 20 milyon ABŞ dolları məbləğində vəsait 1 banka satılmışdır.

Tələbin təklifdən iki dəfədən çox az olması ilə əlaqədar olaraq, Dolların Manat qarşısında bir qədər ucuzlaşacağı gözlənilir.

Bu gün rəsmi USD/AZN məzənnəsi 1.5264 səviyyəsindədir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol