Menu

​Azərbaycan Beynəlxalq Bankı qızıl hasilatçısına 3 mln. dollarlıq kredit xətti açıb

14.04.2016, 15:59
​Azərbaycan Beynəlxalq Bankı qızıl hasilatçısına 3 mln. dollarlıq kredit xətti açıb

Azərbaycan Beynəlxalq Bankı (ABB) ölkədə qızıl hasilatı ilə məşğul olan "Anglo-Asian Mining" şirkətinə 2,9 mln. dollar kredit xətti açıb.

"Report"un şirkətə istinadən verdiyi xəbərə görə, 2016-cı il aprelin 1-nə şirkətin ABB qarşısında kredit borcu 9,7 mln. dollaradək azalıb. Qeyd edək ki, cari ilin əvvəlinə bu göstərici 11,7 mln. dollar təşkil edib. Beləliklə, cari ilin I rübündə şirkət Banka kredit borcunun 2 mln. dollarını geri qaytarıb, Bank isə şirkətə 2,9 mln. dollarlıq yeni kredit xətti açıb.

Bundan başqa, "Anglo-Asian Mining" şirkətinin "YapıKredi Bank"a borcu cari ilin əvvəlindən 500 min dollar azalaraq aprelin 1-nə 1,2 mln. dollara enib. Şirkətin "Paşa Bank" ASC-yə borcu isə dəyişməz qalıb (4,6 mln. dollar).

Qeyd edək ki, şirkətin xalis xarici borcu ilin əvvəlindən 1,7 mln. dollar azalaraq aprelin 1-i vəziyyətinə 47,5 mln. dollar təşkil edib.

Qeyd edək ki, “Gədəbəy” yatağında qızıl və gümüş 1997-ci il avqust ayının 21-də imzalanmış Hasilatın Pay Bölgüsü (PSA - Production Sharing Agreement) müqaviləsi çərçivəsində hasil olunur. Müqavilədə Azərbaycanın payı 51%, “Anglo-Asian Mining Plc.” şirkətinin payı 49% təşkil edir. “Gədəbəy” yatağında ilk qızıl hasilatına 2009-cu ildə, gümüş hasilatına 2010-cu ildə başlanılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol