Menu

Putin 2018-ci ildə yenidən prezident olacağını istisna etmir

14.04.2016, 17:20
Putin 2018-ci ildə yenidən prezident olacağını istisna etmir

Rusiya prezidenti Vladimir Putin 2018-ci ildə prezident seçkilərində iştirak edib-etməyəcəyi ilə bağlı məsələyə aydınlıq gətirib.

APA-nın məlumatına görə, Putin canlı yayımda ona ünvanlanan sualları cavablandırarkən bildirib ki, prezident seçkilərində iştirakla bağlı qərarını fəaliyyətinin nəticələrindən asılı olaraq qəbul edəcək.

Orenburq vilayətindən olan I sinif şagirdi Alina Axmatovanın “Rusiyada qadın dövlət başçısı ola bilərmi?” sualına isə Rusiya prezidenti “Bəlkə, qadın hamıdan yaxşı bu işin öhdəsindən gələ bilər” deyərək cavab verib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol