Menu

«Sputnik» yenə bloklandı! - Bu dəfə Türkiyədə

15.04.2016, 20:31
«Sputnik» yenə bloklandı! - Bu dəfə Türkiyədə

Rusiya KİV-nin yaydığı məlumata görə, «Sputnik» agentliyinin saytı Türkiyə hakimiyyət dairələri tərəfindən bolklanıb. Xəbəri «RİA Novosti» agentliyi yayıb.

İstifadəçilərin sözlərinə əsasən xəbər verilir ki, sayta giriş zamanı hakimiyyət tərəfindən inzibati tədbirin görüldüyü barədə yazı görsənir.

Türkiyə hakimiyyət orqanları hələlik bu məlumatı şərh etməyib. «RİA-Novosti» xəbər verir ki, sayt prezident Vladimir Putinin «birbaşa xətt» verilişi efirə gedəndən bir neçə saat sonra bloklanıb.

Məlum olduğu kimi həmin verilişin gedişi zamanı Putin deyib ki, Türkiyəni özünün dostu hesab edir, amma ayrı-ayrı siyasi xadimlərlə problemi var.

Qeyd edək ki, bundan bir neçə gün əvvəl Latviya hökuməti də Rusiyanın «Sputnik» agentliyinin fəaliyyətini 6 ay müddətinə dayandırıb.

«Molodets» Moqruşa, əsl ermənisən ki, erməni!

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol