Menu

Erməni rəqibini məğlub edən boksçumuz Olimpiya Oyunlarına vəsiqə qazandı

15.04.2016, 20:57
Erməni rəqibini məğlub edən boksçumuz Olimpiya Oyunlarına vəsiqə qazandı

Boks üzrə Azərbaycan milli komandası Türkiyənin Samsun şəhərində keçirilən Avropa Təsnifat Turnirində 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına daha bir lisenziya qazanıb. Bu vəsiqəyə yarımfinalda ermənistanlı Aram Avaqyanı məğlub edən Cavid Çələbiyev yiyələnib.

56 kq çəki dərəcəsində yer alan C.Çələbiyev bu qələbə sayəsində finala yüksəlib və ilk "üçlüyü" təmin etdiyi üçün Rio-2016-da iştirak hüququna yiyələnib. Onun turnirin finalındakı rəqibi Böyük Britaniyadan olan idmançı Aşfaq Qais olacaq. A.Qais yarımfinalda ukraynalı Mikola Butsenkonu məğlub edib.

Qeyd edək ki, bu gün daha bir lisenziyanı qadın boksçu Yana Alekseyevna qazanıb. O, irlandiyalı Olimpiya, 4 qat dünya və 5 qat Avropa çempionu, eləcə də "Bakı 2015" I Avropa Oyunlarının qalibi Keti Taylora qalib gələrək adını finala yazıdırb və Rio-2016-da iştirak hüququ qazanıb. Ötənilki dünya çempionatında Azərbaycanın 3 boksçusu - Elvin Məmişzadə (52 kq), Albert Səlimov (60 kq) və Pərviz Bağırov (69 kq) Rio-2016-ya lisenziya qazanıb. Bununla da Azərbaycan idmançılarının olimpiadaya qazandıqları lisenziyaların sayı 37-yə çatıb. ("Report")

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol