Menu

Səfirlikdən Azərbaycan vətəndaşlarına xəbərdalıq - "O bölgəyə səfər etməyin!"

16.04.2016, 10:13
Səfirlikdən Azərbaycan vətəndaşlarına xəbərdalıq - "O bölgəyə səfər etməyin!"

Yaponiyanın Kumamoto prefekturasında yaşayan və təhsil alan Azərbaycan vətəndaşı yoxdur”.

APA-nın xəbərinə görə, bu barədə Azərbaycanın Yaponiyadakı səfirliyinin “Twitter” səhifəsində məlumat verilib.

“Azərbaycan vətəndaşlarının nəzərinə! Kumamoto prefekturasında baş vermiş zəlzələlərlə əlaqədar əraziyə səfər etməyin. Azərbaycan Respublikasının Yaponiyadakı səfirliyinin məlumatına görə, Kumamoto prefekturasında yaşayan və təhsil alan Azərbaycan vətəndaşı yoxdur”, - deyə açıqlamada bildirilir.

Qeyd edək ki, Yaponiyanın Kumamoto prefekturasında 7,3 bal gücündə baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı 25-ə çatıb, 900-dən çox insan xəstəxanalara yerləşdirilib, dağıntılar var.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol