Menu

"Krım hər zaman Rusiyanın olacaq" - Sergey Narışkin

18.04.2016, 19:13
"Krım hər zaman Rusiyanın olacaq" - Sergey Narışkin

Rusiya Dövlət Dumasının spikeri Sergey Narışkin hesab edir ki, Krımın RF ilə birləşməsi "baş vermiş faktdır". Bu barədə Trend TASS-a istinadən xəbər verir.

O deyib ki, Krımın Rusiyaya birləşdirilməsi artıq baş vermiş tarixi hadisədir: "Krım hər zaman RF-nin ayrılmaz bir hissəsi olacaq".

Qeyd edək ki, daha əvvəl Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin Krımın RF-yə birləşdirilməsi barədə referendumun nəticələrini inkar etməyi ekstremizm kimi qəbul etmək və buna görə cinayət məhsuliyyətinə cəlb etmək təklifini irəli sürüb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol