Menu

Zəlzələdən sonra 100-ə yaxın məhbus həbsxanadan qaçıb

18.04.2016, 23:00
Zəlzələdən sonra 100-ə yaxın məhbus həbsxanadan qaçıb

Ekvadorın Manabi əyalətində zəlzələdən sonra 100-ə yaxın məhbus həbsxanadan qaçıb.

Musavat.com xəbər verir ki, məhbusların bir qismini yenidən həbs etmək mümkün olsa da, böyük əksəriyyəti hələ də azadlıqdadır.

Ədliyyə naziri Suniqi Roçi bildirib ki, təbii fəlakət həbsxananın infrastrukturunun dağılmasına səbəb olduğu kimi, məhbusların qaçmasına da imkan yaradıb.

Nazir hadisə barədə bunları deyib: “Qaçanları biz Ekvador polisi ilə birlikdə axtarırıq. Qaçanlardan 30 nəfər tutulub və bir neçə nəfər könüllü təslim olub”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol